14 yanvar 2014 00:55
Ruslan Abışov Rubini tərk etməkdən imtina etdi
Millimizin yarımmüdafiəçisi Ruslan Abışov Türkiyə klublarından birinə keçə bilərdi. Azerisport.az xəbər verir ki, Superliqa klublarından biri bu addıma cəhd edib.
Türklər Kazan klubunun sükansız qaldığı vaxtlarda buna xüsusilə cəhd ediblər. Ancaq Abışov öz qərarı ilə inadkar elçilərə “Rubin”lə qüvvədə olan müqaviləsinin sonuna qədər komandasına sadiq qalacağını anladıb.
