13 yanvar 2014 12:20
Qəbələ sabiq qapıçısını geri qaytardı
"Qəbələ" daha bir transfer həyata keçirib. Azerisport.az xəbər verir ki, bölgə klubu "Sumqayıt"ın qapıçısı Anar Nəzirovu heyətinə qatıb.
Artıq o, yeni komandasının Türkiyədəki toplanışına qatılıb. Tərəflərin iki illik müqaviləyə imza atması gözlənilir.
Qeyd edək ki, Nəzirov 2010-2013-cü illər aralığında da "Qəbələ"də çıxış edib.
