13 yanvar 2014 19:44
Qəbələ Tobolu məğlub etdi (YENİLƏNİB)
Türkiyədəki təlim-məşq toplanışını davam etdirən "Qəbələ" bu gün qardaş ölkədə növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Yuri Syomin yetirmələrini bu dəfə Qazaxıstanın "Tobol" klubu ilə görüşdə sınaqdan keçirib.
Qeyd edək ki, bundan öncə "Qəbələ" Antalyada "Maltepespor"la qarşılaşmış və 1:1 hesablı heç-heçəyə razılaşmışdı.
Yoxlama oyunu
13 yanvar
Qəbələ - Tobol - 2:1 (2-ci hissə)
Subotiç, 18 (1:0), Medi, 23 (2:0), 90, Volkov 2:1
Qəbələ: David Petrkeviç, Ruslan Tağızadə, Elnur Allahverdiyev, Nizami Hacıyev, Yannik Kamanan, Viktor Mendi, Dodo, Daniel Subotiç, Nuran Qurbanov, Rafael Santos, İbrahima Niasse.
