13 yanvar 2014 11:35
Simurqun Antalyadakı ilk iki rəqibi məlumdu
Xəbər verdiyimiz kimi "Simurq" qış təlim-məşq toplanışı çərçivəsində Antalyada dörd yoldaşlıq görüşü keçirməyi nəzərdə tutub. Azerisport.az xəbər verir ki, artıq komandanın iki rəqibi məlumdu.
Georgi Çixradzenin yetirmələri yanvarın 16-da Almaniyanın Qərb Regional Liqasında mübarizə aparan "Velbert" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Komandanın qardaş ölkədəki ikinci rəqibi isə Rumıniyanın "Vasluy" klubu olacaq. Zaqatala təmsilçisinin bu yoxlama görüşü isə yanvarın 19-da keçiriləcək.
Qeyd edək ki, digər iki yoldaşlıq görüşlərindəki rəqibləri və keçirilmə vaxtları haqqında isə yaxın günlərdə ətraflı məlumat veriləcək.
