13 yanvar 2014 11:17

"Nəticələr qənaətbəxş olmadı"

"Çox yararlı toplanış keçirdik. Həm məşqçi heyəti, həm də futbolçular səylə çalışdılar, təcrübələrinə təcrübə qatdılar. Oyunlarda yaxşı mübarizə aparsaq da, nəticələr qənaətbəxş olmadı. Öncədən də dediyimiz kimi belə oyunlarda nəticələrə önəm vermirik. Əsas futbolçularımızın oyun sistemimizə uyğun olaraq mübarizə aparmaları, tapşırıqları yerinə yetirmələri, çalışmalarıdı. İki Şotlandiya təmsilçisi ilə qarşılaşdıq. Bildiyiniz kimi bu ölkə futbolçuları fiziki cəhətdən çox güclü olurlar. Məğlubiyyətlərimizin səbəbləri də rəqiblərimizin həm yaşca böyük olması, həm də fiziki cəhətdən futbolçularımızı üstələmələri ilə bağlı oldu. Amma taktiki və texniki cəhətdən şotlandlardan geri qalmadıq".
 
Azerisport.az xəbər verir ki, bu sözləri "Qəbələ" Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı Türkiyənin Antalya şəhərində 5-12 yanvar tarixlərində təlim-məşq toplanışı keçirən U-16 komandasıyla bağlı fikirlərini açıqlayarkən söyləyib. Fıçıcı belə toplanışların gənc futbolçuların futbol baxışlarının inkişafında əvəzsiz rol oynadığını bildirib:
 
"Toplanış futbolçularımız üçün böyük təcrübə oldu. İlk dəfə Şotlandiya təmsilçiləri - "Hibernian" və "Seltik"lə qarşılaşdıq. Umimiyyətlə belə toplanışlar futbolçularımızın futbol baxışlarının və dünya görüşlərinin inkişafında əvəzsiz rol oynayır. Biz Qəbələdə məşqlər zamanı belə fiziki cəhətdən güclü rəqiblər haqda söhbətlər aparırıq, onlara qarşı mübarizə üsüllarını futbolçularımıza aşılayırıq. Amma komandalarımızın meydançada belə rəqiblərlə üzləşməsi, mübarizə aparması onlara daha çox şey qazandırır".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.