13 yanvar 2014 11:07
Qurban Qurbanov: Mən özüm də Qarabağdan getməyə hazır olmalıyam
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun azerisport.az saytına müsahibəsi
- Hazırlıq necə gedir?
- Bütün futbolçuların oyun formalarını yaxşılaşdırmasına çalışırıq. Hər şey normaldı.
- Bütün futbolçuların oyun formalarını yaxşılaşdırmasına çalışırıq. Hər şey normaldı.
- Yetirmələrinizdən biri qeyd edib ki, məşqlər o qədər də gərgin keçmir. Gücünüzü qorumaq istəyirsiz?
- Biz hələ toplanışın başlanğıcındayıq. Oyunçular güclü yüklənmə hiss etmirlər.
- Biz hələ toplanışın başlanğıcındayıq. Oyunçular güclü yüklənmə hiss etmirlər.
- Siz 4 yoxlama oyunu keçirəcəksiz. Amma ən yaxın izləyiciniz "Qəbələ" 7...
- Onların öz hazırlıq planları var, bizim ayrı. Bunda problem görmürəm. Digər tərəfdən "Qəbələ"nin 25 hazır oyunçusu var.
- Berti Foqtsla görüşünüz necə keçdi?
- Normal. Futboldan danışdıq (gülür).
- Normal. Futboldan danışdıq (gülür).
- Bəs daha ətraflı?
- Ümumi məsələləri müzakirə etdik.
- Ümumi məsələləri müzakirə etdik.
- Toplanışınızda yeni oyunçular gözə dəymir. Yenilər hardadı?
- Biz hələ heç kimi baxışa dəvət etməmişik. Mümkündü ki, yeni oyunçu ümumiyyətlə olmasın.
- Biz hələ heç kimi baxışa dəvət etməmişik. Mümkündü ki, yeni oyunçu ümumiyyətlə olmasın.
- Niyə?
- Heyəti gücləndirmək istəyirik. Amma transfer etməyimizə dəyən oyunçu almaq istəyirik. Transfer xatirinə transfer etmək fikrimiz yoxdu. Mən artıq öncədən də demişdim ki, bizə hər mövqeyə oyunçu lazımdı. Yaxşı oyunçu tapsaq, danışıqlara başlayacağıq.
- Bu heyət Premyer Liqada qələbə qazanmağa yetərlidi?
- Fikrimcə, hə. Mübarizəmizi sona kimi aparacağıq.
- Fikrimcə, hə. Mübarizəmizi sona kimi aparacağıq.
- Şahin Diniyevlə Nazim Süleymanovun müvafiq olaraq "Rəvan" və "Neftçi"dən gedişini necə qarşıladınız?
- Bunlar mənim üçün gözlənilməz oldu. Diniyevlə Süleymanovun istefasını eşitmək heç də xoş olmadı. Amma digər tərəfdən futbolda belə hallar olur. Mən özüm də həmişə buna hazır olmalıyam.
- Bunlar mənim üçün gözlənilməz oldu. Diniyevlə Süleymanovun istefasını eşitmək heç də xoş olmadı. Amma digər tərəfdən futbolda belə hallar olur. Mən özüm də həmişə buna hazır olmalıyam.
