13 yanvar 2014 20:17
Sergey Maslenov: Qəbələyə uduzmaq utanc deyil
“Tobol”un baş məşqçisi Sergey Maslenov azerisport.az saytına açıqlamasında Türkiyə toplanışı çərçivəsində “Qəbələ”yə məğlubiyyəti (1:2) şərh edib:
“Maraqlı oyun alındı. Qarşılaşmadan razıyam. Nəticədən isə yox. Bu, yüksək səviyyəli güclü rəqibdir. Onlara məğlubiyyət utanc deyil”.
