13 yanvar 2014 20:13
Yuri Syomin: Təəssüf ki, Ebesilio və Afolabi oynamadı
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin azerisport.az saytına açıqlamasında Türkiyə toplanışı çərçivəsində “Tobol” üzərində qazanılmış qələbəni (2:1) şərh edib:
“Oyuna görə birinci hissə yenə maraqlı alındı. İkinci hissə isə yaxşısını arzulamağa qalır. Gənc oyunçuları meydana buraxdım. Biz gərginlik altında oynayırıq. Təəssüf ki, Ebesilio zədə səbəbi ilə oynamadı. Afolabi isə viza problemləri ilə bağlı toplanışa gələ bilməyib”.
