13 yanvar 2014 19:33
Berti Foqts: Klubların toplanışında gördüklərimdən razıyam
Millimizin baş məşqçisi Berti Foqts azerisport.az saytına açıqlamasında Türkiyədə toplanış keçən klublarımızın hazırlıq məşqlərində gördüklərindən razılığını ifadə edib:
“Bilirsiniz ki, mən premyer-liqa klublarının bir neçə məşqini və yoxlama oyununu izləmişəm. Düzünü etiraf edim ki, gördüklərimdən və komandaların hazırlığından razıyam. Düşünürəm ki, bu görüşlər, mənə vacib olduğu kimi, klub məşqçilərinə də gərəklidir”.
