13 yanvar 2014 17:33

Daniel Subotiç: Neftçi bu mövsüm çempionluğu görməyəcək

“Qəbələ”nin hücumçusu Daniel Subotiç azerisport.az saytına müsahibəsində TPL mövsümünü birinci yarısı, mövsümün ikinci hissəsinə ümidləri və öz müqaviləsi haqda danışıb.

- Mövsümün ilk yarısını komandanız üçün necə qiymətləndirirsiniz?

- İstər oyun, istərsə də nəticə baxımından, əsasən müsbət qiymətləndiririəm. Bizim üçün mövsümü ən azından liderlər üçlüyündə tamamlamaq vacibdir. Üç yerdən hansında olacağımızı isə vaxt göstərəcək. Fərdi baxımdan bizim futbolçular Azərbaycanda ən yaxşıdır. Yalnız ümumkomanda oyununu nizama salmaq qalır.

- Adlara gəlincə, “Qarabağ” sizdən heç də geri qalmır.

- Ağdamlılar komanda oyunu baxımından güclüdür. Fərdi baxımdan isə biz güclüyük. Bizim heyətimizdə oyunu müqəddəratını bir toxunuş ilə həll edə biləcək oyunçular var.

- Bəs sizi bu oyunçulardan ən yaxşısı adlandırmaq olar? Axı həlledici zərbələri tez-tez siz vururdunuz.

- Belə oyunlar olub. Ancaq bunu nəinki mən edə bilirəm, bizim Ebesilio, Leonardo, Dodomuz var.

- “İnter”in qapısına vurulmuş qolu (1:0) bu mövsümdə sizin ən yaxşı qolunuz adlandırmaq olar?

- Bəli. Belə bir güclü rəqibə belə bir qol vurmaq çox xoşdur. Belə oyunlar ildə bir dəfə olur. Həmişə belə bəxt gətirmir (gülümsəyir).

-Mövsümün ikinci yarısına ehtimal sürə bilərsiniz?

- Bilərəm. Hesab edirəm ki, “Qarabağ” ya “Qəbələ” çempion olacaq. Ancaq kimin çempion olacağından asılı olmayaraq, mübarizə asan olmayacaq.

- Bəs hazırkı ölkə çempionu “Neftçi”?

- Bu, yaxı komandadır. Ancaq onlar çempionluğu görməyəcək. Ən yaxşılar “Qəbələ” və “Qarabağ”dır.

- “Radarlar”la bir illik müqavilə imzalamışsınız və yarım ildən sonra razılaşma sona yetir. Sonra nə olacaq?

- Əgər avrokuboklara düşsək, məb vurda qalmaq istərdim. Bura ürəyimcədir.

- Bəs maliyyə cəhətdən daha yaxşı təklif gəlsə?

- Mənim hazırkı komandam maliyyə baxımından çox güclüdür. “Qəbələ” həmişə əməkhaqqını artıra bilər (gülümsəyir). Mən burada qalmaq istəyirəm. Müqaviləni isə həmişə nəzərdən keçirmək olar.

- Yerli şəraitə uyğunlaşmaq sizə çətin deyil ki?

- Əlbəttə, bütün günü oteldə oturub məşqləri gözləmək, heç də ən yaxşı vaxt keçirmək üsulu deyil. Ancaq əgər peşəkar nöqteyi-nəzərdən yanaşsaq, onda burada gözəl şərait, əla meydanlar var. Mən üç il İngiltərədə oynamışam, ancaq belə şeyi heç orada da görməmişəm. Premyer-liqada elə oyunçular var ki, diskoteka və ticarət mərkəzlərinin yoxluğu onlar üçün böyük problemdir. Yəqin buna görə də onların komandası yarış cədvəlində bizdən aşağıda qərarlaşıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.