13 yanvar 2014 16:16
Gökdemir Hertaya qarşı oynadı
Millimizin müdafiəçisi Ali Gökdemirin çıxış etdiyi “Hannover 96” Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, rəqib qismində digər Almaniya klubu “Herta” ilə qarşılaşmış “Hannover 96” 0:0 hesablı heç-heçə ilə kifayətlənib.
Gökdemir komandasının heyətində 90 dəqiqə meydanda mübarizə aparmış yeganə futbolçu olub.
