Felipe: İtaliya yığması kağız üzərində favoritdir
Futzal üzrə Azərbaycan yığmasının oyunçusu Felipe azerisport.az saytına müsahibəsində Belçikada keçiriləcək AÇ-2014-ə hazırlıqdan danışmaqla yanaşı, komandamızın Sloveniya və İtaliya yığmalarına qarşı şansından danışıb.
- Komanda özünü necə hiss edir?
- Hələlik hissləri büruzə verə bilmirəm. Hamı kifayət qədər gərgin işləyir. Hazırlığın bu mərhələsi kifayət qədər sıxdır.
- Belqrad keçiriləcək yoxlama oyunları komandaya nə verə bilər?
- Hər şey olmasa da, çox şey. Bu, belə desək, əsas məşq olacaq. Rəqib kifayət qədər ciddidir. O, bizə yarışa yaxşı yanaşmağa kömək edəcək. Elə biz özümüz də. Axı serblər də AÇ-də iştirak edəcək.
- Bu AÇ sizin üçün nə deməkdir?
- Mənim üçün bu yarış xüsusi əhəmiyyət kəsb edir. Axı Azərbaycanı AÇ-də üçncü dəfə təmsil edirəm. İlk dəfə uğurlu oldu. Yarımfinal düşmüşdük. Ikinci, bir o qədər yox. Ümid edirəm ki, indi hər şey yaxşı olacaq. Bu yarış Avropada təşkilati və maraq baxımından ən yaxşıdır. Şadam ki, bu bayramda bizə də yer tapıldı.
- Azərbaycan yığması yaxşı nəticəyə ümid edə bilər?
- (Gülümsəyir) Çox ümid edirəm. Komandamız güclüdür. Düşünürəm ki, biz indi 2012-ci ildə uğursuz çıxış etmiş o komandadan hətta daha da güclüyük. Deməli, uğurlu çıxış üçün kifayət qədər əsas var.
- Sizin oyununuz daha yaxşı olub?
- Qoy bunu, məşqçi müəyyən etsin. Yarışın başlanmasına qədər yaxşı vəziyyətdə olmağım üçün, hər şey edəcəyəm. Azərbaycan yığması üçün nəinki mən, başqa oyunçular da vacibdir.
- İtaliya yığmasında braziliyalılar az deyil. Yarış ərəfəsində onlardan kiminlə isə əlaqə saxlayırsınız?
- Tanışlar var. Ancaq heç kimlə xüsusi yaxın münasibət saxlamıram. Elə Azərbaycanda kifayət qədər həmsöhbətim var (gülümsəyir). Ancaq İtaliya yığmasında ab-havanı müəyyən edən braziliyalıları görmək istərdim. Kağız üzərində qrupun favoritidirlər. Ümid edirəm ki, azərbaycanlı braziliyalılar əksini sübut edə biləcəklər. Ancaq yerli oyunçularsız yox.
- Siz Sloveniya haqda heç nə demədiniz?
- Düşünürəm ki, qrupdan biz və italiyalılar çıxacaq. Ancaq bunun üçün hər iki kollektivə Sloveniyaya qarşı oyunda tər tökmək lazım gələcək. Rəqib ciddidir. Ancaq keçmək olar. Ümid edirəm ki, qrupdan çıxacağıq. Daha sonra bizi nə gözlədiyini görəcəyik.
