13 yanvar 2014 15:25

Qara Qarayev: Qış fasiləsinə çempion kimi yollanmağımız bizə heç nə vermir

"Qarabağ"ın Antalyada təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, artıq hazırlığın 5 gününü geridə buraxan komandadan Qara Qarayev klub saytına hazırlığı dəyərləndirib:
 
"Təlim-məşq toplanışımız gözlədiyimiz ruhda davam edir. Bütün komanda məşqlərdə var gücüylə çalışır. Sevindirici haldı ki, zədəlimiz yoxdu. Sadəcə Rəşaddı ki, kapitan da artıq fərdi də olsa məşqlərə başlayıb. Bilirik ki, bizi çətin 2-ci yarı gözləyir. Qışa lider kimi yollanmağımız bizə xüsusi heç nə vermir. Düzdü, hələ ki, hər kəsdən çox xal toplamağımız yaxşıdı. Amma, bu da var ki, qışdan sonra daha çətin olacaq. Xususilə, ilk yarıda iddialılarla oyunlarda daha yaxşı oyun sərgiləsək də, digər rəqiblərə qarşı oyunlarda gözlənilməz xal itkiləriylə qarşılaşdıq. İndi rəqiblər bizə qarşı daha yaxşı hazırlaşacaqlar. Ona görə də başa düşürük ki, indiki məqamda çempionata yaxşı hazırlaşmağımız necə vacibdi. Hər kəs bunu yaxşı anlayır. Hər kəs öz işini görür. Hələ 2 həftə buradayıq. Təlim-məşq toplanışından maksimum yararlanmaq istəyirik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.