13 yanvar 2014 01:13
Foqts Simurqu da izlədi
Antalyada qış təlim-məşq toplanışında olan “Simurq”un dünənki hazırlığını mili komandamızın çalışdırıcısı Berti Foqts da izləyib. Azerisport.az xəbər verir ki, məşqdən sonra alman mütəxəssis baş məşqçi Georgi Çixradze ilə görüşüb və onunla müzakirələr aparıb.
Qeyd edək ki, komandanın prezidenti Anar Bəkirov da hazırda Antalyadadır və məşqləri yaxından izləyir.
(Klub saytı)
