13 yanvar 2014 01:00
Simurq Türkiyədə iki mərhələ üzrə hazırlaşacaq
Yanvarın 8-də Antalyaya təlim-məşq toplanışına yollanan "Simurq" Side bölgəsində yerləşən "Sueno" otelində məskunlaşıb. Azerisport.az xəbər verir ki, komanda qardaş ölkəyə bu heyətlə yollanıb:
Qapıçılar: Pavel Kapsa, Amil Ağacanov, Rəşad Əzizli.
Müdafiəçilər: Ruslan Poladov, İlkin Qırtımov, Dilaver Zrnanoviç, Anderson Oliveyra, İdan Vaitzman, Rüstəm Məmmədov, Tural Axundov, Məhərrəm Hüseynov.
Yarımmüdafiəçilər: Taqim Novruzov, Patrik Osiako, Stepan Polyak, Raul Kostin, Nicat Qurbanov, Murad Səttarlı, Nəsibov Arzuman, İlqar Hüseynov.
Hücumçular: Rəşad Eyyubov, Draqan Çeran, Salif Ballo.
Gündə iki dəfə məşqə çıxan Zaqatala təmsilçisinin qış təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. Yanvarın 15-nə qədər əsasən fiziki gücün artırılmasından ibarət tapşırıqlar yerinə yetiriləcək. İkinci mərhələdə isə taktiki və texniki ağırlıqlı məşqlərə keçiriləcək. Komanda yanvarın 26-da ölkəyə qayıdacaq və hazırlıqları Zaqatalada davam etdirəcək.
(Klub saytı)
