12 yanvar 2014 12:33
“Azərbaycan klubları 33-34 yaşlı yaxşı legionerləri heyətinə cəlb edir”
Hazırda Bolqarıstanın “Mareka” komandasında çıxış edən AZAL və “İnter”in sabiq futbolçusu Enyo Krastovçev Azərbaycan və Bolqarıstan çempionatlarını müqayisə edib. Azerisport.az xəbər verir ki, Krastovçev Bolqarıstan KİV-nə bunları söyləyib:
“Çempionatların səviyyəsi müəyyən mənada bərabərdir. Ancaq Azərbaycanda nəinki futbola, ümumilikdə idmana çox pul yatırırlar. Komandalar vaxtı ilə Avropanın böyük klublarında çıxış etmiş 33-34 yaşlı yaxşı legionerləri heyətinə cəlb edir. Məsələn, Emil Mpenza ilə belə olmuşdu. Bu, ildən-ilə futbolun səviyyə və keyfiyyətinin yüksəlməsinə kömək edir”.
