12 yanvar 2014 12:12
Rusiya yığmasının sabiq oyunçuları Abışovun məşqini izlədilər
Kazan “Rubin”i Türkiyənin Antalya şəhərində toplanışa başlayıb. Azerisport.az klub saytına istinadən xəbər verir ki, ilk məşqdə 19 futbolçu hazırlığa qatılıb.
Millimizin yarımmüdafiəçisi Ruslan Abışov da məşq prosesində iştirak edib.
“Rubin”i məşqi yanvarda ənənəvi təhsil alan Ali məşqçilər məktəbinin təmsilçilərinin diqqətini cəlb edib. AMM-in tələbələri arasında Rusiya yığmasının sabiq oyunçuları Dmitri Loskov, Dmitri Parfenov, Dmitri Kiriçenko, Yuri Nikiforov, Sergey Semak və Roman Adamovun Ruslan Abışovlu “Rubin”in ilk məşqinə tamaşa etdiyi bildirilir.
