12 yanvar 2014 00:44
Özkara: Azərbaycanı Superliqada daha uğurla təmsil etməyə can atacağam
Azərbaycan yığmasının və “Sivasspor”un hücumçusu Cihan Özkara azerisport.az saytına açıqlamasında özünün Birinci Divizion komandası “Denizlispor”a mümkün keçidi haqda məlumata şərh verib:
“Qoy vətənim Azərbaycanda bilsinlər ki, “Sivasspor”da mənə xoşdur. Mütəmadi oynamamağıma baxmayaraq, belə komandanın heyətində meydanda hər dəqiqə qızıla bərabərdir. Heç bir “Tekden Denizlispor”a keçməyə hazırlaşmıram. Azərbaycanı Superliqada daha uğurla təmsil etməyə can atacağam”.
