12 yanvar 2014 12:07
Kurtar Rəvanla ilk qələbə intizarında
Bu gün Bakıda yoxlama oyunu çərçivəsində “Rəvan” Birinci Divizion lideri “Araz Naxçıvan”ı qonaq edəcək. Azerisport.az xəbər verir ki, bu görüş “Rəvan”ın yenil ildə ikinci oyunu olacaq.
Xatırladaq ki, İki gün qabaq Güvənc Kurtarın yetirmələri “Sumqayıt”la 0:0 hesablı heç-heçə oynayıblar. Komandası ilə qələbə intizarında olan yeni baş məşqçi Kurtar, bu dəfə aşağı divizion təmsilçisinə qarşı oyunda qələbəyə köklənib.
