12 yanvar 2014 00:22
Bakının Marbelya hazırlığı start götürdü
"Bakı" qış fasiləsindən istifadə edərək İspaniyanın Marbelya şəhərində ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Milinko Pantiçin rəhbırliyi altında "Quadalmina" otelinin çimərliyində keçirilmiş məşq bir saat davam edib.
Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq baş məşqçinin yeni koməkçisi David Ulloa Qarsiyanın futbolçulara təqdimatı ilə başlayıb. Komanda növbəti məşqini bu gün Bakı vaxtı ilə 13:00 da keçirəcək.
