12 yanvar 2014 23:33
Bakı fransızları sınağa çəkəcək
Xəbər verdiyimiz kimi, "Bakı"nın 19 yaşadək futbolçulardan ibarət komandası Fransanın Lans şəhərində 10 günlük təlim-məşq toplanışı keçirir. Azerisport.az xəbər verir ki, "Lans"ın bazasında məskunlaşan Qəhrəman Əliyevin yetirmələri ilk məşqini dünən axşam saatlarında keçirib.
Yüngül qaçış və pas çalışmalarından ibarət yüngül məşq bir saat davam edib. Qeyd edək ki, təlim-məşq toplanışı çərçivəsində U-19 4 yoxlama oyununda qüvvəsini sınayacaq.
