12 yanvar 2014 19:44
Berti Foqts Gökdemirin qonağı oldu
Millimizin baş məşqçisi Berti Foqts Antalyada toplanışda olan “Hannover 96”-nın qonağı olub. Azerisport.az xəbər verir ki, Almaniya KİV-nin məlumatına görə, Foqtsun bu səfəri komanda üçün gözlənilməz olub.
Məlum olduğu kimi, Foqts toplanışda olan Azərbaycan klublarını izləyir. Alman mütəxəssis millinin oyunçularına xüsusilə göz yetirir. “Teryer” həmçinin, millimizin “Hannover 96”-da çıxış edən müdafiəçisi Ali Gökdemirin də məşqinə nəzər salıb.
