12 yanvar 2014 15:37
Berti Foqts Qəbələnin oyununu izləyəcək
"Qəbələ" sabah Türkiyə toplanışı çərçivəsində növbəti sınaq matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Yuri Syominin komandası Qazaxıstanın "Tobol" klubu ilə qarşılaşacaq.
Bu oyunu hazırda Antalyada olan və klublarımızın təlim-məşq toplanışında iştirak yığma komandamızın baş məşqçisi Berti Foqts da izləyəcək.
