12 yanvar 2014 14:49

Vaqif Sadıqov: Diniyevlə Süleymanovun işsiz qalmasını istəməzdim

AZAL-ın baş məşqçisi Vaqif Sadıqovun azerisport.az saytına müsahibəsi
 
- AZAL 2014-cü ildə ilk transferini reallaşdırdı. Rəşad Abdullayevin keçidi ilə bağlı nə deyə bilərsiz?
- Bəli, onunla ilyarımlıq müqavilə imzaladıq. Birincisi, Rəşad yerli futbolçudu. İkincisi, o, harada oynayıbsa, liderlərdən olub. Fikrimcə, AZAL-ın uğur qazanmasına kömək edəcək.
 
- Belə bir xəbər var ki, siz Usim Ndukanı da geri qaytarırsız...
- Bu, elə deyil. Hazırda biz bu varianta heç baxmırıq.
 
- AZAL-ın Vladimir Boqdanoviçlə yollarını ayırmasına nə səbəb oldu?
- O, bizə ailəsində problemlərinin olduğunu bildirdi. Atası xəstəydi. Bu üzdən də gedişinə mane olmaq istəmədik.
 
- Daha hansı transferləri etməyi planlaşdırırsız?
- Daha iki legioner və yerli futbolçu almaq istəyirik. Xüsusilə, hücum xəttini gücləndirməliyik. Komandada rəqabəti artırmağımız lazımdı.
 
- AZAL-ın qış toplanışı necə gedir?
- Biz ayın 6-dan hazırlığa başlamışıq. Legionerlər yanvarın 8-dən komanda ilə birlikdədi. Müəyyən gecikmələr də oldu. Məsələn, ABŞ-dakı hava şəraiti səbəbindən Viktor İbekoyi ilə Con Oluremi vaxtında düşərgəyə qayıda bilmədi. Şənbə günündən onlar da bizimlədi. Bütövlükdə, komanda plan üzrə hazırlığı davam etdirir. 15, 18, 22 və 25 yanvar tarixlərində yoxlama oyunlarımız olacaq. "Sumqayıt" və "Araz Naxçıvan"la oynayacağımız dəqiqləşib. Digər iki rəqibi müəyyənləşdirmək üçün isə danışıqlar hələ də davam edir.
 
- Komandanı tam heyətlə nə vaxt toplayacaqsız?
- Yanvarın 13-də toplanışımız başlayacaq.
 
- Yeni il Azərbaycan futbolunda maraqlı hadisələrlə başladı. Öncə Şahin Diniyev "Rəvan"dan getdi, ardınca da Nazim Süleymanov "Neftçi" ilə yollarını ayırdı. Bu istefaları necə qarşıladınız?
- Mən bu istefaları şərh edə bilmərəm. Çox güman ki, səbəbləri klub rəhbərliyi və həmin məşqçilər daha yaxşı bilirlər. Sadəcə, mən onu demək istərdim ki, yerli kadrlara güvənmək lazımdı. Çünki onlar Azərbaycan futbolunun inkişafı üçün daha çox iş görürlər. Klub rəhbərləri bizə inam bəsləməsə, biz heç nəyə nail ola bilmərik. Bizdə çoxlu təcrübəli, ad-sanlı məşqçilər var. Onlarla yanaşı Nazimlə Şahinin də işsiz qalmasını istəməzdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.