12 yanvar 2014 14:05
Erat və Taşkının qolları Fortunaya qələbə qazandırdı
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında çıxış edən "Fortuna" yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Toğrul Eratın forma geyindiyi Düsseldorf təmsilçisi Hollandiyanın 4-cü divizionunda çıxış edən "Meersen"lə qarşılaşıb.
Futbolçumuzun komandası bu görüşdən 8:0 hesablı qələbə ilə ayrılıb. Toğrul start heyətdə meydana çıxdığı görüşdə 90 dəqiqə oynayıb. O, komandasının ilk və 3-cü qollarının müəllifi olub. 21 yaşadək futbolçulardan ibarət millimizə namizəd Eren Taşkın isə 63 dəqiqə oynayıb. O, "Fortuna"nın 4-cü qoluna imza atıb.
