11 yanvar 2014 12:55
Böyükağa Hacıyev Neftçiyə baş məşqçi təyin edildi
Bu gün “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili toplantı keçirilib. Azeriport.az xəbər verir ki, son müzakirələrdən sonra məşqçilər korpusunun aşağıdakı tərkibdə formalaşdırılması qərara alınıb:
1. Baş məşqçi - Böyükağa Hacıyev;
2. Baş məqşçinin köməkçisi, fiziki hazırlıq üzrə məşqçi - Ruben Selyes Salvador (İspaniya);
3. Baş məşqçinin köməkçisi – Samir Əliyev;
4. Qapıçılar üzrə məşqçi – Neboyşa Manoyloviç (Serbiya);
5. Seleksiyaçı məşqçi – Bəxtiyar Musayev;
6. Əvəzedici komandanın baş məşqçisinin köməkçisi – Kamal Quliyev.
(Klub saytı)
