11 yanvar 2014 20:44
İnter Hollandiya klubuna 8 cavabsız qol vurdu
Türkiyədə təlim-məşq toplanışında olan “İnter” bu gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi Hollandiyanın “NWC Asten” klubu ilə qarşılaşıb.
Qarşılaşma 8:0 hesabıyla "İnter"in xeyrinə başa çatıb. "İnter" matça aşağıdakı heyətlə çıxıb: Səlahət Ağayev, Ruslan Əmircanov, Laşa Salukvadze, Mateus Lopes, Matiya Şpiçiç, Abdulla Abatsiyev, Derlis Meza Kolli, Aleksandr İaşvili, Asif Məmmədov, Baçana Sxadadze və Mikel Alvaro.
"İnter"in heyətində Baçana (4), Şpiçiç, Migel Alvaro, İlqar Ələkbərov və Nurxan Mənsimzadə fərqləniblər.
Əlavə edək ki, oyunu izləyənlər arasında Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Berti Foqts da olub. O, oyun öncəsi "İnter"in baş məşqçisi Kaxaber Sxadadze ilə görüşüb.
Xatırladaq ki, "İnter" növbəti yoxlama matçını yanvarın 15-də keçirəcək. Komandanın rəqibi Almaniyanın “Holşteyn Kil” komandası olacaq.
Yoxlama oyunu
11 yanvar
İnter - NWC Asten - 8:0
