11 yanvar 2014 00:22

Yuri Syomin Ruslan Abışovun yeni məşqçisini dəstəklədi

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin “Rubin”in yeni baş məşqçisi Rinat Bilyaletdinova dəstək nümayiş etdirib. Azerisport.az xəbər verir ki, Syomin bunları söyləyib:
 
“Rinat Bilyaletdinov böyük futbol və məşqçilik təcrübəsinə malikdir ki, bu da ona Kazan “Rubin”ində uğurla işləməyə kifayət edər.
 
İlk öncə, Tatarıstan respublikasının rəhbərliyinin üstünlüyünü qeyd etmək lazımdır ki, idmanın bütün növlərində komandaları yerli mütəxəssislər çalışdırsın və uğur qazansın. Hesab edirəm ki, belə yanaşma özünü doğruldur. Rinat Bilyaletdinova gəlincə isə o, son dərəcə təcrübəli məşqçidir. “Lokomotiv”də çoxsaylı yaxşı gənc oyunçular hazırlayıb. Mən ona yalnız uğurlar və Kazan komandası ilə yaxşı nəticələrə imza atmağı arzu edə bilərəm”.
 
Syominin sözlərinə görə, Bilyaletdinov işində şəxsi yanaşmanı tətbiq edir: “İlk növbədə, o həmişə oyunçunun şəxsiyyətinə diqqət ayırıb. Hər bir futbolçunun güclü tərəflərini ortaya qoymağı bacarıb”, deyə Syomin qeyd edib.
 
Həmçinin, Bilyaletdinov məşqin gedişini də gözəl idarə edir. Buna görə də oyunçuların ən yaxşı keyfiyyətlərini üzə çıxara və onların ustalıq səviyyəsini nəzərəçarpacaq dərəcədə artıra bilir. Onun əvvəllər əsas komandalarla işləməməyində qorxulu heç nə yoxdur. “Lokomotiv”də bir müddət baş məşqçinin vəzifələrini icra etdiyini xatırlayıram. Bu səbəbdən həyəcan keçirməyə dəyməz. İstənilən halda Rinatın təcrübəsi bəs edər. Ən azından ona görə ki, o, futbolu gözəl başa düşür”.
 
(İTAR-TASS)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.