11 yanvar 2014 16:20
Millimiz Belarusa qalib gəldi (YENİLƏNİB)
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 26-cı beynəlxalq turnirdə 1996-97-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığması bu gün son matçına çıxıb. Azerisport.az xəbər verir ki, yığmamız bu gün Belarusla qarşılaşıb.
Qeyd edək ki, bu cütün qalibi turniri 13-cü yerdə başa vuracaqdı. Görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən yenə də penaltilərə ehtiyac duyulub. Komandamız yenə qapıçı Ağaseyid Qasımovun fərdi ustalığı sayəsində görüşü qalib başa vurub. O, bu dəfə də 2 penalti dəf edib, ilk penalti vuruşumuzu isə özü dəqiq yerinə yetirib.
Xatırladaq ki, yığmamız qrup mərhələsi çərçivəsindəki ilk oyununda Yunanıstanla sülh bağlasa da (1:1), ardından Çexiya (0:2) və Yaponiyaya (1:4) məğlub olmuşdu. Pley-off mərhələsindəki ilk oyununda isə komandamız Latviyaya qalib gəlmişdi - 1:1 (penaltilərlə - 3:0).
Valentin Qranatkinin xatirə turniri
11 yanvar
Azərbaycan - Belarus - 1:1 (penaltilərlə - 4:2)
