11 yanvar 2014 10:44
Tuqrul Erat: Ulu babam azərbaycanlı olub
Düsseldorf “Fortuna”sının və Azərbaycanın gənclərdən ibarət yığma komandasının hücumçusu Tuqrul Erat azerisport.az saytına müsahibəsində azərbaycanlı köklərinin olduğunu bildirib:
“Mənim ulu babam azərbaycanlı olub. Belə ki, alman KİV-nin mənim azərbaycanlı köklərim olmadığı haqda söz-söhbəti həqiqət deyil. Mən Azərbaycan yığmasında oynadığım üçün, xoşbəxtəm. Biz bir millət və iki dövlətik”.
