11 yanvar 2014 11:11

Ruslan Abışov: Hamı Rubində qalmağımı istəyir

"Rubin"in futbolçusu Ruslan Abışov azerisport.az saytına açıqlamasında Renat Bilyaleytdinovun komandaya baş məşqçi təyin olunmasını müsbət qiymətləndirib:
 
"Yeni baş məşqçiyə uğurlar arzu edirəm. "Rubin" kimi komandaya baş məşqçi təyin olunubsa deməli güclü mütəxəssisdir. İnanıram ki, komandamız onun rəhbərliyi altında həm avrokuboklarda uğurlu çıxışını davam etdirəcək, həm də Rusiya çempionatındakı vəziyyətini yaxşılaşdıracaq".

Millimizin futbolçusu bir neçə Azərbaycan klubundan təklif aldığını etiraf etsə də, hələlik Vətənə qayıtmaq barədə düşünmədiyini deyib: "Azərbaycan klublarından olduqca cəlbedici təkliflər almışam. Lakin karyeramı xaricdə davam etdirmək istəyirəm. Qərarımı anlayışla qarşılayan hər kəsə təşəkkür edirəm. Gücümə inanıram və zəhmətim müqabilində legioner karyeramın uğurlu alınacağına ümid edirəm. Bunun üçün heç bir maneə görmürəm. Sadəcə bir az səbr etmək lazımdır".

Abışov Azərbaycanda kifayət qədər yüksək qazanc əldə edə biləcəyini etiraf etsə də, Rusiyada oynamağı üstün tutduğunu bildirdi: "Əlbəttə, hamı istəyər ki, evinin içində rahat pulunu qazansın. Azərbaycan çempionatinda verilən maaş Rusiyadan heç də geri qalmir. Amma məndən Bakıda görüşdüyüm tanışlar, uşaqdan böyüyə hər kəs, eləcə də, hətta sosial şəbəkələrdə olan azarkeşlər legioner həyatımı davam etdirməyi istəyirlər. Mən onların etimadını doğrultmamış ölkə çempionatına qayıtmaq istəmirəm.  Azərbaycanda oynadığım vaxt qazancım yüksək idi. Bununla belə Rusiya premyer-liqasında qalmağı üstün sayıram".
 
Futbolçu hazırda heç bir təklif barədə düşünmədiyini dedi. Onun əsas məqsədi hazırlıq dönəmində ən yaxşı formanı bərpa edərək "Rubin"ə dəstək olmaqdır: "Heç bir təklif barədə düşünmürəm. Əsas məqsəd, Kazan təmsilçisinin heyətində möhkəmlənməkdir. Məşqlərdə daha yaxşı iştirak etməklə komandamın uğurlarında pay sahibi olmaq istərdim".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.