11 yanvar 2014 00:13

Yuri Syomin: Leonardonun yoxluğundan çox narazıyam

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin azerisport.az saytına müsahibəsində komandasının Türkiyə toplanışı çərçivəsində ilk hazırlıq oyunundan, mövsümün ikinci yarısına hazırlıqdan, güclənmə və cəzalardan danışıb.
 
- “Maltepespor”a qarşı oyun (1:1) haqda nə deyə bilərsiniz?
- İki müxtəlif hissə oynadıq. İlk yarıdan razıyam. Mənə oyunçuların necə fəaliyyət göstərdiyi xoş idi. İkinci yarıda oyunumuz alınmadı. Çoxlu itkilər və səhvlər vardı. Bunu meydanda gənc oyunçuların çoxluğu ilə izah edirəm.
 
- Artıq bir neçə gündür ki, komanda Belekde hazırlaşır. Başlanğıcdan razısınız?
- Oyunçular öz işini vicdanla görür. Bəli, burada şərait də yaxşıdır. Şikayətlənmək günah olardı.
 
- Digər komandalar dörd yoxlama oyunu keçirəcəyi halda, sizin komanda yeddi yoxlama görüşü keçirəcək. Nə üçün belə çox?
- Əgər diqqət etdinizsə, ilk oyunda iki heyətlə oynayırdıq. Hər futbolçu meydanda 45 dəqiqə keçirir. Bu yoxlama oyunlarında hamıya özünü göstərməyə imkan verəcəyik. Mənim üçün nəticə əsas deyildi. Biz ilk heyəti dəyişmədən qələbə hesabını rahatca qoruya bilərdik. Ancaq mənə hamını nəzərdən keçirmək lazımdır ki, kimin əsas komandaya aid olduğunu başa düşüm. Bu, həmçinin komandanı tərk edəcək oyunçulara da aiddir.
 
- Yoxlama rəqiblərinin səviyyəsi qane edir?
- Kifayət qədər yaxşıdır. “Konyaspor” və “Volqa” nəyə desən, dəyər!
 
- “Qəbələ”lə “Beşiktaş”la eyni oteldə qalır. Onlarla qarşılaşma istəyiniz olmayıb?
- Onlar razılaşmadı. Əgər qərarlarını dəyişsələr, mən tərəfdaram.
 
- Tacik müdafiəçi Erqaş Davron necə təsir bağışladı?
- O, mənə çox xoş gəldi. Hələ ki güclü təəssürat yaradır. Bizimlə müqavilə bağlamağa böyük şansları var.
 
- “Qəbələ” daha kimi ala bilər?
- İndi konkret heç nə deyə bilmərəm. Hazırlığın gedişində düşərgəmizə futbolçular gələcək və biz onları baxışdan keçirəcəyik.
 
- Komanda Rafael Santosla artıq müqavilə bağlayıb. Bir neçə ay oynamamasına rəğmən, onun komandanı gücləndirəcəyinə əminsiniz?
- Bunun üçün onun bütöv bir hazırlıq müddəti var. Biz onu müdafiəni gücləndirməyə almışıq. Şübhəsiz, o, bizim müdafiədə oyunumuzu gücləndirə biləcək.
 
- Braziliyalı Leonardo haradadır?
- (Gülümsəyir) Hələ ki istirahətdədir.
 
- Bütün komanda işləyir, o isə dincəlir? Bəlkə mövsümün birinci yarısındakı yaxşı oyuna görə?
- Ona heç kim heç bir imtiyaz verməyib. Leonardodan soruşmaq lazımdır ki, niyə bizimlə deyil. Mən onun yoxluğundan çox narazıyam.
 
- Nə etmək fikrindəsiniz?
- O, bir aylıq maaşı məbləğində cərimələnəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.