11 yanvar 2014 23:44
Berti Foqts Qurbanovun qonağı oldu
Premyer Liqanın 2-ci yarısının hazırlıqlarını Antalyada davam etdirən "Qarabağ"ın düşərgəsində bu gün qonaq var idi. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Berti Foqts "Qarabağ"ın məskunlaşdığı otelə təşrif buyurub.
Komanda məşqə yollanmamışdan öncə otelə gələn alman çalışdırıcıyla "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov arasında təxminən 50 dəqiqəlik söhbət baş tutub. Azərbaycan futbolu haqqında səmərəli müzakirələr aparan tərəflər sonra birlikdə məşq meydanaçasına yollanıblar. "Qarabağ"ın məşqini sona qədər izləyən millinin çalışdırıcısı yığmamızdakı futbolçularıyla da görüşüb.
