11 yanvar 2014 16:59
Qəbələ Seltikə də uduzdu
"Qəbələ"nin 17 yaşlılardan ibarət komandasının Türkiyə toplanışı davam edir. Azerisport.az xəbər verir ki, U-17 artıq qardaş ölkədə ikinci sınaq matçına çıxıb.
"Qəbələ" bu dəfə Şotlandiyanın "Seltik" klubu ilə qarşılaşıb. Görüş şotlandların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Qəbələ" bundan öncəki oyununda da Şotlandiyanın digər klubuna - "Hibernian"a 5 cavabsız qolla uduzmuşdu.
