11 yanvar 2014 16:30

"XL ilə müqaviləm yox idi, Qəbələyə azad agent kimi keçdim"

"Qəbələ"nin müdafiəçisi Elnur Allahverdiyevin azerisport.az saytına müsahibəsi
 
- "Xəzər Lənkəran"a qayıdacağınız gözlənilsə də, "Qəbələ"də qalmalı oldunuz. Niyə məhz bir illik müqavilə?
- Belə qərar verdik. Şübhəsiz ki, bir ildən sonra hər şey qaydasında olsa, müqavilənin müddətini artıra da bilərik. "Xəzər Lənkəran"ın isə məni geri qaytarmağa haqqı çatmırdı. Mənim onlarla heç bir müqaviləm yox idi. "Qəbələ"yə də azad agent statusu ilə keçmişəm. "Xəzər Lənkəran"la əməkdaşlığım hələ avqustun sonunda başa çatmışdı.
 
- Amma Mustafa Dənizli sizin "Xəzər Lənkəran"da oynamağınızda maraqlı idi...
- Bilirəm. Klubdan mənimlə əlaqə saxlamışdılar. Türkiyəli mütəxəssisin mənimlə maraqlandığını dedilər. Amma mən artıq oraya qayıtmaq haqda düşünmürdüm.
 
- Niyə?
- Çünki klub rəhbərliyindən incimişdim. Onlar vaxtilə məni dəstəkləmədilər.
 
- Sizə görə Con Toşakdan imtina edəcəklərini düşünürdüz?
- Mən dörd il bu klubun şərəfini qorumuşdum. Ən azından anlayış gözləyirdim. Amma onlar tamamilə Toşakın tərəfini tutdular. Fikrimcə, "Qəbələ"də qalmaqla ən doğru addımı atdım.
 
- Yəqin ki, "Xəzər Lənkəran"dan fərqli, "Qəbələ"nin hazırda çempionluq uğrunda mübarizə aparması da sizin qərarınızda az rol oynamadı...
- Əlbəttə. "Qəbələ"nin yenə mübarizə aparmaq istədiyi hədəfi var. "Xəzər Lənkəran" bu mövsüm nə üçün çalışır? Çətin ki, onlar bu mövsüm Premyer Liqada nəyəsə nail ola bilsinlər.
 
- Kamran Ağayevin də "Qəbələ"yə keçməsi gündəmdədi...
- Ümid edirəm ki, bu, baş verəcək. Elə qapıçı çempionluq uğrunda bizə çox yardımçı olar. Bildiyimə görə, klubu çox pul tələb edir. Amma yığmamızın qapıçısı olduğunu nəzərə alıb, güzəştə gedəcəklərinə ümidliyəm.
 
- Onun "Xəzər Lənkəran"da da problemi var idi, indi də "Bakı"dan ayrılır. "Qəbələ"də də eyni problemlərin olmayacağına zəmanət var?
- Deyə bilmərəm. Həqiqətən də fərqli xarakteri var. Amma futbolçu kimi çox güclüdü. Ümid edirəm ki, bura gəlsə, problemi olmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.