11 yanvar 2014 14:14
Berti Foqts yanvarın 19-a qədər Antalyada olacaq
Azərbaycanın milli komandasının baş məşqçisi Berti Foqts və onun köməkçisi, həmçinin fitness məşqçisi Volfqanq Rollf yanvarın 10-dan-19-dək Türkiyənin Antalya şəhərində toplanışda olan Topaz Premyer Liqası klublarının məşqlərini və yoxlama oyunlarını izləyəcəklər. Azerisport.az xəbər verir ki, Berti Foqts və Volfqanq Rollf yanvarın 11-də "Qarabağ" klubunun məşqinə və "İnter" klubunun “NWC Asten” (Hollandiya) komandası ilə yoxlama oyununa baxacaqlar.
(AFFA)
