11 yanvar 2014 12:22
Qarabağın kapitanı: Bu komandanı yaratmaq bizə çox çətin idi
Rusiyanın mini-futbol klubu “Qarabağ”ın kapitanı Elnur Vəliyev azerisport.az saytına müsahibəsində komandanı yaranmasının birinci ildönümü münasibəti ilə təbrik edib:
“Komandamızın yaranmasının düz bir ili tamam olur. Komandanın yolu göründüyü kimi, o qədər də asan olmayıb. Moskvada yaşayan azərbaycanlılar arasında yaxşı oyunçular tapmaq çətin idi. Futbolçulara baxış, məşqlər döyüşkən komanda yaratmağa, birliyi olan kollektiv qurmağa kömək etdi. Bu kollektiv özünün ilk iştirakında Moskvanın həvəskarlar arasında mini-futbol yarışmasında çox yaxşı nəticəyə nail ola bildi. Şərq Divizionunda çempionluq və Şərəf Kubokunu qazana bildik. Komandamız ən yaxşı debütant, qapıçımız Murad Əliyev isə Kubokun ən yaxşı qapıçısı seçildi. Hamıya minnətdarlıq etmək və bütün çətinliklərə baxmayaraq, bu il ərzində komanda ilə birgə olan, gedənləri və qalanları - hamını təbrik etmək istəyirəm”.
.jpg)
