10 yanvar 2014 00:33
Pərdis Fərcad-Azad: Adana Demirspor təklif etsə də, Sumqayıtda qalmağı məqsədəuyğun hesab etdim
“Sumqayıtın” hücumçusu Pərdis Fərcad-Azad azerisport.az saytına açıqlamasında bildirib ki, Türkiyənin “Adana Demirspor” klubundan təklif alıb.
“Adana Demirspor” mənim barəmdə “Sumqayıt”a təklif göndərib. Transferə görə ödənişə hazır idilər. Ancaq klub rəhbərliyi görüşdən sonra, mən mövsümün sonuna qədər Azərbaycanda qalmağı məqsədəuyğun hesab etdim”.
