10 yanvar 2014 00:22
Lans Bakının futbolçularını təqdim etdi
“Bakı” futbol akademiyasının dörd yetirməsi bu günlərdə “Lans”ın düşərgəsinə yola düşüb. Azerisport.az xəbər verir ki, futbolçular Valeh Seyidov və Ülvi Süleymanov “sarı-qırmızılar”ın U-19 komandası ilə birgə təlim-məşq toplanışına qoşulub.
Onlara olan ümidləri doğrultmağa çalışan klubumun yetirmələrinin hazırlığı Fransa klubunun məşqçilər korpusunu razı salıb.
Hər iki oyunçunun komandanın qarşıdakı günlərdə keçirəcəyi yoxlama oyunlarında da meydana çıxması gözlənilir. Artıq “Lans” rəsmi saytı vasitəsi ilə onların təqdimatını keçirib.
(Klub saytı)
