10 yanvar 2014 12:15
Roberto Karlos Cihan Özkaranı Dənizlispora buraxmadı
Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Roberto Karlos futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranı "Dənizlispor"a buraxmayıb. Azerisport.az xəbər verir ki, bu barədə Dənizli təmsilçisinin prezidenti Mehmet Özsoy açıqlama verib.
Klub rəhbəri bildirib ki, "Sivasspor"un prezilenti Mecnun Odyakmaz Cihan Özkaranı "Dənizlispor"a icarəyə verməyə razı imiş. Amma Karlos onun komandada saxlanılmasını istəyib. Baş məşqçi rəhbərliyə bildirib ki, millimizin üzvünə Antalya toplanışında daha bir şans verəcək. Karlos onlarla bağlı yekun qərarını təlim-məşq toplanışından sonra açıqlayacaq.
