10 yanvar 2014 00:00

Elxan Abdullayev: Azərbaycanda B, C kateqoriyalı məşqçilər işləyir, peşəkarlar isə işsiz oturur

Azərbaycanın futbol mütəxəssisi Elxan Abdullayev azerisport.az saytına müsahibəsində yerli futbolun geridə qalmış ilini, cari mövsümün ikinci yarısında TPL-də klubların şanslarını qiymətləndirməklə yanaşı, yerli klublarda tez-tez baş verən məşqçi dəyişikliklərinə münasibətini bildirib.
 
- Gəlin söhbətimizi yerli futbolda baş vermiş son istefalardan başlayaq. Yaxınlarda Nazim Süleymanov “Neftçi”nin baş məşqçi vəzifəsindən istefa verdi. Bu, kifayət qədər gözlənilməz alındı, necə düşünürsünüz?
- Bu haqda elə həmin gün mətbuatdan xəbər tutdum. Özüm bu kateqoriyaya aid olduğumdan, yerli məşqçinin təyinatını sevinclə qarşılayıram. Daha çox yerli mütəxəssisin işləməyini istəyirəm. Son aylarda klublarımızda baş verənlər xoşagəlməz anlardır. Gedişinin səbəblərini bilmirəm, ancaq təəssüflənirəm.
 
- Mütəxəssisin özü klubun ona komandanı gücləndirməyə yönəlmiş transferlərə icazə vermədiyini və bununla əlaqədar olaraq, istefa verməsini dilə gətirib.
- Süleymanovun fikri aydındır. O, necə hərəkət etmək lazım gəldiyini görürdü. Bizim müvafiq fikir ayrılığımız tez-tez olur. Bu, hamıya aiddir. Sadəcə, bu planda daha peşəkar olmaq gərəkdir. Bizdə müqavilələr qeyri-peşəkar surətdə imzalanır. Hər şey şifahi planda olur. İstər güclənmə, istərsə də məqsədlər yönündə. Hər şeyi əvvəlcədən sənədləşdirmək lazımdır: rəhbərlik baş məşqçi qarşında dəqiq tapşırıqlar qoymalıdır. Bunda problem görmürəm.
 
- “Neftçi”nin düşərgəsindən bildiriblər ki, yerli mütəxəssisə qoyuluş edirlər. Necə düşünürsünüz, yerli mütəxəssislər arasında “Neftçi”nin baş məşqçisi ola biləcək və bununla yanaşı, dərhal yüksək məqsədlərə can atan, məsələn, çempionluğu qazanacaq mütəxəssis var?
- Yerli mütəxəssislərdən kimsənin “Neftçi”nin sükanı arxasına keçərək “qızıl”ı qazana biləcəyinə heç bir problem görmürəm. Etik normalara uyğun olaraq, kimsənin adını çəkmək istəmirəm ki, bu, mənim tərəfimdən düzgün olmazdı. Ancaq buna rəğmən, “neftçilər”ə kim rəhbərlik edəcəksə, ona uğurlar arzu edirəm. Həm də “Neftçi” bizə doğma klubdur. Əfsanəvi klubdur ki, burada atam, mən və bizim çox sayda futbolçular oynayıb.

- Süleymanovdan azca əvvəl, digər Bakı klubu “Rəvan”dan Şahin Diniyev istefa verdiyini elan etdi. Bu əsnada yarım il ərzində komandanı tərk edən üçüncü məşqçi oldu.
-“Rəvan”a gəlincə, nədənsə bunu başqalarından çox məndən soruşurlar. Görünür, bu, mənim öz fikrimi deməyə çəkinməməyimdən irəli gəlir. Heç kimin xətrinə dəymək istəmirəm. Xüsusən, kluba pul sərf edib, hörmət qazananları. Ancaq şəxsən mən “Rəvan”ı peşəkar klub hesab etmirəm. Həvəskar, hətta yarımhəvəskar klubdur. Qısaca desəm, mövcud olması idi, daha yaxşı olardı. Mənim şəxsi fikrimdir. “Rəvan”dan heç bir fayda görmürəm. Azərbaycan futboluna heç bir yetirmə verməyib. Əvvəllər Salyanı təmsil edirdi (klub “Muğan” adlanırdı - red.) və onda biz sevinirdik ki, bir klub regionu təmsil edir. Sonra yenidənqurmaya uğrayıb Bakıya gəldilər. Məhiyyətcə bizə heç nə verməyiblər. Vladislav Qədirovu istefa göndərəndə, mətbuatda məndən “Rəvan”da işləmək haqda soruşdular. Milyon da təklif etsələr, orda işləmərəm. Çünki, bu peşəkar klub deyil, məşqçiləri ələsalma ocağıdır. Onların vaxtı ilə “Qalatasaray”da işləyib ad-san qazanmış məşqçiləri vardı. İkicə tur sonra qovdular. Bəhmən Hətəmov orada bir neçə dəfə işləyib. Ramil Əliyev, sonra yenə Vladislav Qədirov işlədi. Demişdim ki, orada işləmək üçün ağılsız olmaq lazımdır. Şahin Diniyevin xətrinə dəymək istəməzdim, axı mən bunu hələ onun təyinatına qədər demişdim. Ancaq “Rəvan”da yarım il ərzində dörd-beş məşqçi dəyişib. Komandanın iddiası yoxdur, yalnız yaşam uğrunda mübarizə aparırlar. Orada, onların qaranlıq dünyasında heç bir işıq ucu görmürəm.  Nə qədər ki orada futbola, məşqçilərə, oyunçulara belə münasibət var, komanda heç nəyə nail olmayacaq. Üzdən görünə bilər ki, orada hər şey qaydasındadır. Ancaq orada tamamilə qeyri-peşəkar şəxslər çalışır. Hansılar ki, futbolu sırf öz şəxsi işlərinə çeviriblər. Azarkeş kimi belə bir klubu ümumiyyətlə görmək istəməzdim.
 
- Hazırda TPL-də üç klubu yerli məşqçi çalışdırır (“Neftçi” hələlik baş məşqçisizdir - red.). Maraqlıdır ki, uğura da son illərdə məhz yerlilər nail olur. Sizcə niyə bizdə yerli kadrlara etibar etmirlər?
- Deyəsən, bizdə ümumiyyətlə yerlilərə etibar etməyi sevmirlər. Mən əcnəbilərin əleyhinə deyiləm. Ola bilər ki, xaricdə yerli mütəxəssislərdən on qat güclü kadrlar var. Ancaq bizə yerlilərdən heç də yaxşı olmayan aşkar zəif əcnəbilər gələndə, bu anlaşılmazlıq yaradır. Bəzi mütəxəssislərimizin “PRO” dərəcəsi var. Bəs axı bunu ala qaş-gözə aşiq olub vermirlər. Mən də acıyıram ki, “PRO” səviyyəli insanlar illərlə işsiz oturur. Mən də o cümlədən. Bilirəm ki, klub xüsusi zonadır. Burada kimi istəsələr, təyin edə bilərlər. Bəs AFFA? Onlar məşqçilərin işində maraqlı deyil? Azərbaycanda B, C kateqoriyalı məşqçilər işləyir, peşəkarlar isə işsiz oturur. Mənə maraqlıdır ki, niyə onlar yüksək lisenziyalı məşqçiləri qəbul etmirlər. Ola bilər ki, xasiyyətcə uyğun deyillər və ya tələblər böyükdür.
 
- Çempionata qayıdaq. Sizcə mövsümün ikinci yarısında hansı komandalar çempionluq uğrunda mübarizə aparacaq?
- Düşünürəm ki, indi hər şey müəyyən qədər aydındır. Üç komanda çempionluğa oynamaq iqtidarındadır. “İnter” və “Bakı” da bu mübarizəyə qoşula bilər. Qarşıdakı turları nəzərə alsaq, sonuncu pillədə qərar tutmuş komandanın da nəzəri cəhətdən 54 xal yığa biləcəyini təxmin etmək olar. Ancaq real müstəvidə, məhz sadaladığım beş klubu çempionluq mübarizəsində görürəm.
 
- Bəs hər il qarşısında yüksək məqsədlər qoyan “Xəzər Lənkəran”a gəlincə? Mustafa Dənizlinin gəlişi ilə komandanın sürət yığacağını düşünmürsünüz?
- Onun imkanlarını indi müzakirə etmək istəməzdim. Dənizli yaxşı klublarla oynayıb, böyük təcrübəsi var. Toşak daha yaxşı klublarla çalışmışdı, ancaq iflasa uğradı. Başqa ad-san sahibləri də var ki, nədənsə uğur qazana bilmədilər. Orada yaxşı məşqçilər, keyfiyyətli oyunçular, az qala ən yaxşı şərait var ki, komanda hər il çempion ola bilsin. Buna rəğmən, alınmır. Ancaq bu sual, heç də mənə aid deyil. Əlbəttə, uğur arzulamaq istəyirəm. Bu quyudan tezliklə çıxsınlar. İndi onların çətin günləridir, ancaq düşünürəm ki, ayağa qalxacaqlar.

- 2013-cü ili Azərbaycan futbolunda klub və yığma səviyyəsində necə qiymətləndirirsiniz?
- Düzü, bu il ötən mövsümə nisbətən avrokuboklarda çıxış nöqteyi-nəzərindən məyus etdi. “Neftçi”yə azacıq təkan çatmadı. “Qarabağ” yenə sabit çıxış etsə də, pley-offda güclü rəqiblə üzləşdi. Azca da bəxtsizliyə uğradıq. Xüsusən, “Neftçi” özünə bab, keçə biləcəyi Albaniya “Şkenderbeu”sunu  keçə bilmədi.
 
Yığmaya gəlincə, deyim ki, sevindirməsə də, kədərləndirmədi də. Daha dəqiqi, xoş analar daha çox idi. Biz öz kiçik rekordlarımıza imza atdıq. Təsnifat mərhələsində isə cəmi üç dəfə qrup favoritlərinə uduzduq. Düşünürəm ki, öz səviyyəsinə görə milli kifayət qədər yaxşı çıxış etdi.
 
- 2013-cü ildə çempionatın keçirilmə sxemi dəyişikliyə uğradı. Ilin əvvəlində komandalar “altılıq” sistemi ilə oynayırdısa, yeni mövsümdə 10 komanda 4 dövrədə mübarizə aparır. Geridə qalmış mövsümün yarısını nəzərə alsaq, bu sxem barədə nə deyə bilərsiniz?
- Prinsipcə, yeni sxem oyunların sayına görə normaldır. Rəqabət cəhətdən də bu, yaxşıdır. Məğzinə gəlincə, komandaların səviyyəsi eynidir, ancaq “Rəvan” və “Sumqayıt”ı çıxmaq şərti ilə. Çempionatın oyunları da maraqlıdır. Mən öz qayəmdə iki dövrədə oynayan 20 komanda görürəm. Ancaq bizdə sadəcə bu sayda klub yoxdur. Əlbəttə, “Rəvan” və “Sumqayıt” kimi daha səkkiz komanda ola bilərdi. Mən hazırki formatın tərəfdarı olmasam da, material yoxluğunda bu variant, əvvəlki “altılıq”dan yaxşıdır. O format, çempionluq uğrunda mübarizədə mümkün ən pis format idi.
 
Digər tərəfdən, birinci diviziona diqqətin azlığı təəssüfləndirir. Sanki formal olaraq mövcuddur. Məlum olduğu kimi, burada 23 yaşa qədər oyunçular haqda qayda qüvvədədir. Dünən televiziyada Ramin Musayevi dinlədim. Yaşı 23-ü ötmüş futbolçu haqda suala, elə oynamaq lazımdır ki, premyer-liqaya götürsünlər cavabını verdi. Oyunçunu belə çarmıxa çəkmək olmaz ki, o, sadəcə yaş həddini ötüb. Bu səbəbdən bizim birinci diviziona bir quş. “Abşeron”un vaxtından son illər heç bir klub premyer-liqaya qalxmayıb. Gah lisenziyalaşmanı keçmirlər, gah nə isə “əmma” çıxır. Bu məslə heç kimi qayğılandırmır? Mən ümumiyyətlə hesab edirəm ki, birinci diviziona premyer-liqadan daha çox qayğı göstərmək lazımdır. Onda futbolçular kimi yerli məşqçilər də daha çox iş imkanı qazanardı. Əsas etibarı ilə, birinci divizionda demək olar ki, legioner yoxdur. Ancaq yerli futbolçular var. Bizdə isə hər şeyi başlı-başına buraxıblar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.