10 yanvar 2014 20:33
Boqdanoviç AZAL-dan getdi
AZAL serb yarımmüdafiəçi Vladimir Boqdanoviçlə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, futbolçu ölkəmizdə özünü göstərə bilməyib və Bakı klubu ilə müqaviləyə xitam vermək qərarına gəlib.
Hazırda AZAL-da Belarusdan Sergey Kozlov və Gürcüstandan Tournike Stepniaşvili, Laşa Kasradze baxışdadır.
