10 yanvar 2014 20:00
Yuri Syomin: Qəbələ qələbə qazana bilərdi, ancaq bu, əsas məqsəd deyildi
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin azerisport.az saytına açıqlamasında Türkiyə toplanışı çərçivəsində yerli “Maltepespor” komandasına qarşı keçirilmiş ilk oyun (1:1) barədə fikrilərini açıqlayıb:
“Komandanın yalnız ilk hissədə göstərdiyi oyundan razıyam. İkinci hissədə çoxsaylı itkilər vardı. Meydana çoxlu gənc futbolçular çıxdı. Biz qələbəni saxlaya bilərdik, ancaq bu, oyunda əsas məqsədimiz deyildi”.
