10 yanvar 2014 19:44
Beşiktaşın futbolçusu Azərbaycan klubuna yox dedi
“Beşiktaş”ın yarımmüdafiəçisi Mehmet Akgün Azərbaycan klublarının birindən təklif alıb. Azerisport.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, adı çəkilməyən Azərbaycan klubunun təmsilçiləri futbolçunun agenti ilə görüşüb və təklif ünvanlayıblar.
Ancaq Akgün “Erciyespor”un sıralarına keçməyi üstün tutub. Futbolçu “Elaziğspor”, “Qaziantepspor”, “Antalyaspor” və “Rizespor”un maraq dairəsində olmasına rəğmən bu qərarı verib. Yaxın vaxtlarda “Beşiktaş” futbolçu ilə müqaviləyə qarşılıqlı surətdə xitam verəcək və Akgün yeni klubu ilə rəsmi müqavilə imzalayacaq.
