10 yanvar 2014 19:19

Milinko Pantiç: Azərbaycanda özümə çoxlu düşmən qazanmışam

“Bakı”nın baş məşqçisi Milinko Pantiç Azərbaycandakı işi, yerli futbolun səviyyəsi, Bakı həyatı və klubdakı məqsədlərinə dair müsahibə verib. Azerisport.az serb mütəxəssisin müsahibəsini diqqətinizə çatdırır.
 
- Budur, Siz yenidən Madriddəsiniz…
- Bəli. Ancaq az müddətə. Belə ki, fevralın 2-də Azərbaycan çempionatı yenilənir. Çempionat on komanda arasında dörd dövrədə keçirilir. Biz həmçinin, Azərbaycan kubokunda çıxış edirik. Bu halda, biz çox yaxşı hazırlaşmalıyıq.
 
- Marbelyedə toplanış keçirəcəksiniz?
- Bəli, İspaniyanın cənubuna yollanacağıq. Əcnəbi komandalara qarşı bir neçə yoxlama oyunu keçirmək istəyirik. Bizm hansı vəziyyətdə olduğumuzu məhz bu görüşlər göstərəcək.
 
- Azərbaycanda futbol hansı səviyyədədir?
- Futbol hər yerdə futboldur. Yerli liqa sadə deyil. Çempionatın aşağı səviyyədə olduğunu düşünənlər yanılır. Məsələn, onların yığması Rusiyaya yığmasına qol vurub xal ala bildi. Diqqətəlayiq futbolçuları var. Azərbaycan gənc ölkədir. Bu həyatın bütün sahələrində olduğu kimi, futbolda da gözə çarpır. Yeni futbol nəslinin yetişdirilməsi üçün vaxt lazımdır. Məsələn, mən bu ölkəyə gəldiyim andan bəzi şeyləri dəyişməyə çalışmışam.
 
- Siz orada altı aydır işləyirsiniz. Azərbaycanda sizi ən çox nə təəccübləndirir?
- mən bu haqda kitab yaza bilərəm və bu, bestseller olardı. Həyatımın altı ən çətin ayını burada keçirmişəm, ancaq mən xoşbəxtəm. Mən daha çox məsuliyyət hiss edirəm. Hələ heç kim onların mənə bir məşqçi kimi etibar etdiyi kimi, etibar etməyib. “Bakı”ya keçməyi mənə Migel Anhel Hil (Madrid “Atletiko”sunun baş direktoru red.) məsləhət bildi. O isə heç zaman səhv etmir. İndi mən gözəl və çox vacib təcrübə qazanıram.
 
- Hesab edirik ki, dil səddi var?
- Xeyr. Bununla bağlı çətinlik yoxdur. Qeyri-təvazökar görünmək istəməzdim, ancaq bir neçə dildə danışıram. Azərbaycan keçmiş Sovet respublikasıdır. Burada rusca danışırlar. Mən isə bu dili səkkiz il öyrənmişəm. Mənim klubda tərcüməçim olduğu da düzdür. Onunla ispanca danışıram.
 
- “Bakı”da hansı millətdən oyunçular var?
- Serblər, makedoniyalılar, slovenlər, kiprlilər. Mən onlarla yunanca danışıram.
 
- Deyirlər Bakı çox gözəl şəhərdir.
- Bəli, çox gözəldir və şəhər çox sürətlə tərəqqi edir. Belə ki, on ildən sonra yeni Dubay olacaq. əsas problem küləkdir. Bəzən elə güclü əsir ki, az qala paltar uçur. Mənə belə deyiblər ki, hələ mən əsl külək görməmişəm.
 
- Yeməyə gəlincə?
- Mətbəx əladır, ancaq çox kalorilidir. Komandaya gələndə mən futbolçulara peşəkar oyunçulara uyğun menyu tərtib etdim. Əvvəlcə onlara buna öyrəşmək asan olmadı. Sonra isə hər şey öz yerini tutdu. “Partizan”da olduğum zaman öyrəndiyim hər şeyi, Yunanıstan karyeram ərzində əldə etdiklərimi və “Atletiko”dan bildiklərimi “Bakı”da həyata keçirmək istəyirəm. Niyyətim budur ki, “Bakı” “Atletiko B”-yə rəhbərlik etdiyim komanda kimi fəaliyyət göstərsin.
 
- İndi aydındır ki, bütün bunlar sadə deyil.
- Mənim metodlarıma hamı hazır deyildi. Buna görə də mən çoxlu düşmən qazandım. Yalançı dostlardansa, düşmənin olması yaxşıdır. Buna görə də orada bəziləri mənə hətta nifrət edir. Mən iddialıyam. Əsası isə klubun iddialı prezidentinin olmasıdır. Onun geniş fantaziyası var ki, öz komandasını Azərbaycan futbolunun zirvəsinə qaldırmaq istəyir. İki-üç ilə biz buna nail ola biləcəyik.
 
(AS)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.