10 yanvar 2014 18:33
Levskinin müdafiəçisi Azərbaycan klublarının maraq dairəsindədir
Bolqarıstanın “Levski” komandasının müdafiəçisi Orlin Starokin Azərbaycan futbol klublarının maraq dairəsinə düşüb. Azerisport.az Bolqarıstan KİV-nə istinadən xəbər verir ki, sol müdafiəçi mövqeyində çıxış edən futbolçu Azərbaycan klublarının maraq dairəsində olsa da, bu komandaların adı açıqlanmır.
27 yaşlı Starokinin müqavilə müddəti mövsümün sonunda başa çatır və tərəflərin razılığa gələcəyi təqdirdə, futbolçu TPL-də iştirak edə bilər.
