10 yanvar 2014 17:22
Azərbaycanın rəqibi Slovakiyanı ikinci dəfə məğlub etdi
Futzal üzrə İtaliya yığması ikinci yoxlama görüşündə də Slovakiya millisini məğlub edib. Azerisport.az xəbər verir ki, AÇ-nin qrup mərhələsində millimizin rəqibi olan İtaliya yığması rəqib üzərində 3:1 hesabı ilə qələbə qazanıb.
Apennin təmsilçisinin qollarını Onorio (2 qol) və Vampeta vurub.
Xatırladaq ki, İtaliya yığması ilk görüşdə Slovakiyanı 3:0 hesabı ilə məğlub etmişdi.
