10 yanvar 2014 16:44
Neftçi Aktobe ilə oyundan imtina etdi
“Neftçi” Qazaxıstanın “Aktobe” komandası ilə yoldaşlıq görüşü keçirməkdən imtina edib. Azerisport.az “Aktobe”nin rəsmi saytına istinadən xəbər verir ki, bakılılar son anda görüşdən imtina ediblər.
Xatırladaq ki, oyun yanvarın 128-də baş tutmalı idi.
Qeyd edək ki, bu görüş komandanın sabiq baş məşqçisi Nazim Süleymanovun istefasından əvvəl planlaşdırılmışdı.
