10 yanvar 2014 15:42
Kramarenko Ağayevin Qəbələyə keçməsini istəyir
"Qəbələ"nin qapıçılarla işləyən məşqçisi Dmitri Kramarenko "Bakı"nın qapıçısı Kamran Ağayevi alacaqları barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Kamran əla qapıçıdı. Onun yığmada klubdan daha yaxşı oynamasının səbəbini bilmirəm. Bu futbolçunun "Bakı"dakı işlərinin niyə alınmadığını da başa düşə bilmirəm. Bütövlükdə, mən Ağayevin "Qəbələ"yə keçidinin əleyhinə deyiləm. Əksinə, bunu çox istərdim. Biz "Xəzər Lənkəran"da da birgə çıxış etmişik. Amma Kamran bu komandada böyük rəqabətlə üzləşəcəyini bilməlidi, buna hazır olmalıdı. Çünki bizim kifayət qədər yaxşı qapıçılarımız var".