10 yanvar 2014 15:21
Cari mövsüm üçün Futbol oyun qaydaları Azərbaycan dilində
Ölkəmizdə keçirilən müxtəlif çempionatlarda iştirak edən hakimlərin nəzəri biliklərinin artırılması məqsədilə FİFA-nın 2013/2014-cü il mövsümü üçün Futbol oyun qaydaları AFFA tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Xatırladaq ki, FİFA-nın Futbol oyun qaydaları ilk dəfə 2011-ci ildə Azərbaycan dilinə tərcümə edilmiş və AFFA tərəfindən nəşr olunaraq, hakimlərə, hakim-inspektorlara, Topaz Premyer Liqası və I divizion klublarına verilmişdi.
.jpg)
